|
Qadın 18 mini cırıb buzxanada gizlətdi
Almaniyada yaşayan 89 yaşlı qadın oğurlanacağından qorxduğu 18 min 500 avronu cıraraq soyuducunun buzxanasında gizlədib.
Axar.az xəbər verir ki, yaşlı qadın 37 ədəd 500 avroluq banknotları cıraraq kiçildib, sonra parçalar halında plastik paketin içində soyuducuya yerləşdirib. Yaşlı qadının vəkili onun ruhi xəstə olduğunu və etdiyi hərəkətin məntiqli açıqlamasının olmadığını bildirib.
 
Avropa Mərkəzi Bankının qərarına görə isə qadın banknotları qəsdən məhv etdiyi üçün onun pulları geri ödənməyəcək. Lakin qadının nəvəsinin qərara etiraz etməsindən sonra pullar geri ödənilib.
Cia.az