Son illərdə Amerikada yeni dəb yaranıb.
Uşağının cinsiyyətini öyrənən cütlüklər “Gender Party” və ya “Gender Reveal” adlı məclislər keçirir. Bu tədbirlər adətən hamiləliyin üçüncü ayından sonra baş tutur. Ana olmağa namizədləri ultrasəsdə uşağın cinsiyyətini öyrənən kimi bunu bayram kimi qutlayır.
Maraqlıdır ki, bundan öncə də dünyada “Baby Shover” partiləri çox populyar idi. Bu da uşağın dünyaya gəlişinə bir neçə gün qalmış gerçəkləşir, qarnı burnunda olan ana qonaqları da dəvət edərək, baş tutacaq gözəl günü öncədən dostları ilə qutlayırdı. Amma dünyada bu cür tədbirlərə qarşı çıxanlar çoxdur. Xüsusən də Amerikada uşaqların hüquqlarının müdafiəsi ilə bağlı təşkilatlar bu cür tədbirləri tənqid edirlər. Onların fikrincə, bu, uşaqlar arasında ayrı-seçkilik yaradır.
Cia.az
