Britaniyada Kapkeyk ləqəbli siam pişiyinin başına qəribə hadisə gəlib.
Belə ki, heyvanı səhvən poçt bağlaması ilə göndəriblər. Bu barədə lenta.ru saytı "Buzz Feed Nevs"a istinadən xəbər verib. Xəbərə görə, pişik bağlamada 420 kilometrlik məsafəni “qət edib”.
Bağlama özünə disk sifariş verən gəncə gəlib. Bağlamanı açan gənc onun içindəki DVD-lərlə yanaşı, pişik də görərək şoka girib. Gənc pişiyi heyvanların müdafiəsi ilə məşğul olan quruma təhvil verib. Tibbi müayinədən sonra məlum olub ki, bağlamanın içində 420 kilometrlik yolu gedən pişiyin səhhətində hər şey qaydasındadır. Amma havasızlıqda qaldığı üçün halsızlaşıb. Pişiyin üzərindəki mikroçip sayəsində isə onun sahibinin kimliyi müəyyənləşib.
Pişiyin sahibəsi Ciloa Beqqot deyib ki, o, diskləri bağlamanın içinə qoyanda pişiyin onun içinə girdiyini görməyib. Nəticədə isə günlərlə öz pişiyini axtarıb və onun oğurlanmasından şübhələnib. Britaniyalı qadın eyni zamanda bildirib ki, pişiyi Kapkeykin geri dönüşünü möcüzə sayır.
Cia.az
