|
Azərbaycan Beynəlxalq Ordu Oyunlarında iştirak edəcək

Bu vaxtadək 25 ölkə Beynəlxalq Ordu Oyunları-2016-da ştirak edəcəyini təsdiqləyib.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə Rusiya Silahlı Qüvvələri Hərbi Hazırlıq Baş İdarəsinin rəisi İvan Buvaltsev deyib.

Onun sözlərinə görə, onların arasında 7 MDB ölkəsi də var: Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Belarus. Bu ölkələr Oyunlar çərçivəsində keçiriləcək müxtəlif yarışlara 62 komanda göndərməyi planlaşdırırlar.

Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları-2016 iyulun 30-dan avqustun 13-dək Rusiya və Qazaxıstanda keçiriləcək.

Cia.az