|
Messi: "İngiltərə və İtaliya futbolunu bəyənirəm"

"Barselona"nın futbolçusu Lionel Messi gələcək karyerası haqda növbəti açıqlama verib.

Argentinalı hücumçu futbolçu karyerasını Kataloniya klubunda başa vurmaq istədiyini deyib:

"İngiltərə və İtaliya futbolunu bəyənirəm. Bu ölkələrin liqalarındakı derbiləri izləyirəm. Ancaq mən karyeramı "Barselona"da başa vurmaq istəyirəm. Şərtlər bu cür davam etsə, Kataloniya klubundan ayrılmayacam".

Cia.az