|
Fransa - Rusiya yoxlama oyunu ilə bağlı yerli hökümət təhlükəsizlik tədbirlərini gücləndirib. Sabah qarşılaşmanın keçiriləcəyi “Stad de Frans” stadionunda 400 polis əməkdaşı iş başında olacaq. Bundan başqa, stadionun ətrafında və binalarda snayperlər öz yerlərini tutacaqlar. Frnsa höküməti Paris və Brüsseldə baş verən terror hadisələri səbəbindən təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib. Qeyd edək ki, Fransa - Rusiya görüşü sabah keçiriləcək. Cia.az
|
