Türkiyədə qadın müəllimənin 14 yaşlı qız şagirdinə təcavüz etdiyi iddia olunur.
Qızının telefonunda riyaziyyat müəlliməsinin göndərdiyi çılpaq foto və videoları görən ana polisə şikayət edib. Şikayət əsnasında araşdırma başladılıb. 14 yaşlı qız bir müddətdir ki, müəlliməsi ilə səmimi əlaqələrinin olduğunu etiraf edib.
Aralarındakı münasibətin razılıqla olduğunu söyləyən məktəbli müəlliməsindən şikayətçi olmasa da, 15 yaşından balaca olduğu üçün valideyninin şikayəti əsasında həbs qərarı çıxarılıb.
Müəllimə isə ifadəsində şagirdi ilə hər hansı bir cinsi yaxınlığının olmadığını bildirib:
“O video və fotoları nə üçün göndərdiyimi bilmirəm, ancaq aramızda hər hansı bir yaxınlıq olmayıb”.
Mətbuatın yazdığına görə, təcavüz hadisəsi ortaya çıxandan sonra müəllimə intihara cəhd edib. Hazırda Ankarada psixiatriya xəstəxanasında müalicə alır.
Cia.az
