Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu işə başlayıb.
CİA.AzAzərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib.
Sonra “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı və Sabirabad “ASAN xidmət” mərkəzinin könüllüsü Rəvanə Davudova çıxış ediblər.
Forum işini panel iclaslarla davam etdirir.
