|
Con Kerri: "Rusiya ilə əməkdaşlıq ABŞ-ın strateji maraqlarına cavab verir"

"Rəsmi Moskva Suriyada ABŞ-ın tərəfdaşı deyil, lakin Rusiya ilə əməkdaşlıq ABŞ-ın strateji maraqlarına cavab verir".

APA-nın məlumatına görə, bunu CBS telekanalına müsahibəsində ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

"Rusiya İranın nüvə proqramına dair razılaşma və Suriyanın kimyəvi silahdan azad edilməsi məsələlərində bizə kömək edib", - deyə C.Kerri bildirib.

O qeyd edib ki, hazırda Rusiya Suriyada atəşkəs rejimi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə yardım edir: "Əgər Rusiya bizə siyasi prosesə təsir etmək üçün imkan yaradırsa, deməli, bu, ABŞ-ın strateji maraqlarına cavab verir".

Cia.az