|
Rusiyanı Cənubi Qafqazla birləşdirən yol yenə bağlandı

Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu yük avtomobilləri üçün bağlanıb.

APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.

Yolun Moskva vaxtı ilə saat 23:30-dan etibarən bağlandığı bildirilir.

Son dəfə Hərbi Gürcüstan yolu pis hava şəraiti ilə əlaqədar martın 20-də bağlanmışdı.

Qeyd edək ki, Hərbi Gürcüstan yolu Rusiyanı Gürcüstan üzərindən Ermənistanla birləşdirir.
Cia.az