|
İt sahibinin üzüyünü udduğu üçün əməliyyat olundu
Amerikanın Talsa şəhərində labrador cinsli köpək sahibəsinin evlilik üzüyünü udduğu üçün əməliyyat edilib.
Bu barədə lenta.ru saytı “Daily News”a istinadən xəbər verib. Brilyant qaşlı üzüyün qiyməti 23 min dollar olub və it onu evdəki kiçik masanın üzərindən götürüb. Stefani Lemb adlı qızın iki iti olub. Amma o bildirib ki, itlərindən hansının günahkar olduğunu dərhal hiss edib: “Mən dərhal anladım ki, bunu edən Sierradır. Çünki o, daim nəsə problem yaradır və anormal situasiyalara düşür”.

Əməliyyatı aparan həkim isə deyib ki, it təkcə üzük udmayıb: “Onun qarnında daş və sümük hissəcikləri də olub”. Sierra bir neçə gün həkimlərin nəzarəti altında olacaq. Amma həkimlər onun vəziyyətinin o qədər də pis olmadığını deyirlər.
Cia.az