|
"Qalatasaray"a Sneyderdən bəd xəbər

Fransa ilə yoldaşlıq oyununda zədələnən Hollandiya millisinin və  “Qalatasaray”ın futbolçusu Uesli Sneyderin durumuna aydınlıq gəlib.
Tibbi müayinədən keçən  hollandiyalı yarımmüdafiəçinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

Qeyd edək ki, Fransa ilə oyunun 37-ci dəqiqəsində zədələnən Sneyder məcburi əvəzlənmişdi.

Cia.az