|
"Barselona"nın futbolçusu Lionel Messi növbəti açıqlama verib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu heç bir futbolçu ilə müqayisə olunmaq istəmədiyini deyib: "Ronaldo və ya başqa biri ilə müqayisə olunmaq istəmirəm. Mən komandamın uğuru üçün çalışıram". L.Messi "El-Klassiko" öncəsi fikirlərini də bildirib: "Real" çox yaxşı komandadır. Dünyanın ən güclü komandalarından biridir. La Liqada güclü klublara qarşı mübarizə aparırıq. Bütün turnirlərdə ən yaxşısını etməyə çalışırıq". Cia.az
|
