|
Benzema özünə təyyarə aldı

"Real"ın futbolçusu Kərim Benzema özünə təyyarə alıb.

Qol.az-ın xəbərinə görə, bu barədə o, özünün "İnstagram" səhifəsində paylaşıb.

"Gulfstream G200 Business Jet" təyyarəsini fransalı hücumçu 5 milyon dollara alıb.

Qeyd edək ki, Benzemanın Madrid klubundakı illik maaşı 5 milyon dollar təşkil edir.

Cia.az