|
İbrahimoviç: "Mənimlə maraqlanan İngiltərə klubları var"

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç İngiltərə klublarının onunla maraqlandığını təsdiqləyib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə isveçli hücumçu millinin düşərgəsində jurnalistlərə açıqlamasında bildirib:

"Mənimlə maraqlanan İngiltərə klubları var. Gələcəyimlə bağlı qərar verməmişəm. Özüm üçün ən yaxşı olanı edəcəm".

Qeyd edək ki, Z.İbrahimoviçlə "Mançester Yunayted" və "Arsenal"ın maraqlandığı iddia edilir.

Cia.az