|
Dünya incəsənəti iki görkəmli nümayəndəsini itirib

Martın sonlarında dünya incəsənəti iki görkəmli nümayəndəsini – fransalı akademik Alen Dekonu və amerikalı yazıçı Cim Harrisonu itirdi.

Məşhur fransız tarixçisi və yazıçısı, akademik Alen Deko bu gün Parisin Jorj Pompidu adına Avropa Xəstəxanasında 90 yaşında vəfat edib. O, Fransa Akademiyasının üzvü, onlarla elmi məqalənin və tarixi mövzuda kitabların müəllifi olmaqla yanaşı, həm də televiziya aparıcısı idi.

Amerikalı yazıçı Cim Harrison isə martın 26 da 78 yaşında Arizonadakı evində ürək çatışmazlığından vəfat edib. «Big Jim» (Böyük Cim) ləqəbli yazıçı özündən sonra böyük irs qoyub – 14 roman və 10 şeirlər toplusu.

Cia.az