|
BMT Azərbaycana yeni nümayəndə təyin edib

Qulam İsaqzai (Əfqanıstan) BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi təyin edilib.
Bu barədə APA-ya BMT-nin Bakıdakı ofisindən bildirilib.
Q.İsaqzai Azərbaycanda aprelin əvvəllərində fəaliyyətə başlayacaq.

Cia.az