|
Xalq yazıçısı I Fəxri Xiyabanda dəfn olunacaq

“Mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi sabah Akademik Milli Dram Teatrında keçiriləcək”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.
O bildirib ki, vida mərasimi saat 12.00-dan 14.00-a qədər baş tutacaq.
AYB-nin katibi əlavə edib ki, M. İbrahimbəyov I Fəxri Xiyabanda dəfn olunacaq.

Cia.az