|
Ucarda “Mercedes” miarkalı sərnişin avtobusu aşdı

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 235-ci km-də, Ucar rayonunun Qulabənd kədindən keçən hissəsində baş verib.

APA-nın məlumatına görə, Bakı şəhər sakini Zahid Xəlilovun idarə etdiyi “Mercedes” markalı 10-SA-968 dövlət nömrə nişanlı “Mercedes” markalı avtobus idarəetməni itirib və aşıb. Nəticədə, 1 nəfər sərnişin xəsarət alıb və Balakən rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və tədqiqat şöbəsinə araşdırma aparılır.

Cia.az