Ötən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda avtomobillərdə vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olmuşdur.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirmiş və məlum olmuşdur ki, yağan intensiv yağışlar nəticəsində suyun səviyyəsi qalxmış, içərisində 7 nəfər olan 3 minik avtomobili yolda hərəkətsiz vəziyyətdə qalmışdır.
Xilasedicilər xüsusi texnika vasitəsi ilə avtomobilləri kənara çəkmiş və vətəndaşları təxliyyə etmişlər.
Əməliyyat saat 22:53-də başa çatmışdır.
Cia.az
