|
Türkmənistan prezidenti çay haqqında kitab yazıb
Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov Novruz bayramı münasibəti ilə "Çay - dərman və ilham" adlı kitab yazıb.
"Report" xəbər verir ki, bu barədə Türkmənistan televiziyası məlumat verib.
O yeni kitabını hökumət və Dövlət Təhlükəsizlik Şurasının birgə iclasında təqdim edib.
"Mən bu gün bu kitabı sizə və doğma xalqımıza hədiyyə edirəm", — deyə prezident bildirib.
Cia.az