Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli 719 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən Fondun 2016-cı il üçün gəlirləri 2 milyard 133 milyon 89,5 min manat, yaxud 46,6% azaldılaraq 4 milyard 578 milyon 474,6 manata salınıb.
Fondun xərcləri isə əksinə, 2 milyard 487 milyon 534 min manat və ya 30,41% artırılaraq 10 milyard 668 milyon 933,7 manata çatdırılıb.
Cia.az
