|
“Moskva-Mahaçqala” avtobusu qəzaya uğrayıb, 16 yaralı
Dağıstanda “Moskva-Mahaçqala” avtobusunun qəzaya uğraması nəticəsində 16 nəfər xəsarət alıb. 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə,  qəza Bakı  vaxtı ilə 22.00 radələrində “Qafqaz” federal avtomobil yolunda (Mahaçqala-Astraxan magistralı), Razdolye yaşayış məntəqəsinin yaxınlığında baş verib.  
Məlumata görə, ən ciddi xəsarətləri sürücülər alıb, qalan xəsarət alanların vəziyyəti orta-normaldır.  
Cia.az