|
Oğurluğa girdiyi evdə yatıb qaldı...
Onu dünyanın ən qəribə oğrularından biri adlandırırlar. 
ABŞ-da ağlasığmaz bir oğurluq hadisəsi yaşanıb. ABŞ-ın Florida əyalətində oğurluq üçün girdiyi evdə içi qiymətli əşyalarla dolu torbanı qucaqlayıb yuxuya gedən 29 yaşındakı Dion Davis, gündəm mövzusu olub.  Evə gələn xidmətçi qadın oğurladığı qiymətli əşyalarla yatan şəxsi gördükdə əvvəl şok yaşayıb, daha sonra vəziyyəti yerli polisə bildirib.

Davis 10 min dollar ödədiyi üçün barəsində həbslə bağlı olmayan qərar çıxarılıb.
Cia.az