|
FHN köməksiz şəxsi xilas etdi
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Axar.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 21:55-də başa çatıb.
Cia.az