|
“Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində münasibətlərimiz uğurla inkişaf edir”
Rusiya silahlarının Azərbaycana tədarükünə dair müqavilələr üzrə ödənişlərlə bağlı problem yoxdur, hərbi-texniki sahədə əməkdaşlıq uğurla inkişaf edir.
"Report" xəbər verir ki, bunu "Kommersant" qəzetinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
"Ümumilikdə bizim Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində münasibətlərimiz kommersiya prinsiplərinə müvafiq olaraq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında uğurla inkişaf edir", - deyə E.Məmmədyarov qeyd edib.
O əlavə edib ki, silah müqavilələrinin maliyyə dəstəyi ilə bağlı problem yoxdur.
Cia.az