|
"Fənərbaxça" "Braqa"ya uduzur

Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

Oyunların hamısı eyni gündə baş tutacaq.

Türkiyənin yeganə təmsilçisi "Fənərbaxça" Portuqaliyada "Braqa"nın qonağı olacaq. İlk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Fənərbaxça" bu üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, bu gecə baş tutacaq oyunlardan sonra bütün 1/4 finalçılar müəyyənləşəcək. Bu mərhələninın püşkü sabah İsveçrənin Nyon şəhərində atılacaq.

18 mart

Avropa Liqası, 1/8 finalın cavab oyunları

00:05. "Anderlext" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:0 (Birinci hissə)
İlk oyun - 1:3

00:05. "Braqa" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) - 1:0 (Birinci hissə)
Qol: 
Hassan, 11 (1:0)
İlk oyun - 0:1

00:05. "Mançester Yunayted" (İngiltərə) - "Liverpul" (İngiltərə) - 0:0 (Birinci hissə)
İlk oyun - 0:2

00:05. "Sevilya" (İspaniya) - "Bazel" (İsveçrə) - 0:0 (Birinci hissə)
İlk oyun - 0:0

00:05. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 0:0 (Birinci hissə) 
İlk oyun - 0:3 
17 mart

22:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Vilyareal" (İspaniya) - 0:0
İlk oyun - 0:2

22:00. "Latsio" (İtaliya) - "Sparta" (Çexiya) - 0:3 
Qollar:
 Doçkal, 10 (0:1), Krejçi, 12 (0:2), Julis, 44 (0:3)
İlk oyun - 1:1

22:00. "Valensiya" (İspaniya) - "Atletik" (Bilbao, İspaniya) - 2:1 
Qollar:
 Santi Mina, 13 (1:0), Santos, 37 (2:0), Aritz Aduriz, 76 (2:1)

Cia.az