|
Blatterdən növbəti etiraz

FİFA-nın sabiq prezidenti Yozef Blatter  FİFA Etika Komitəsinin onu 6 il futboldan uzaqlaşdırması ilə bağlı qərarına etiraz olaraq İdman Arbitraj məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.

Bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Y.Blatter FİFA-dan qeyri-qanuni olaraq 2 milyon İsveçrə frankı aldığı üçün əvvəlcə 8 il müddətinə futboldan uzaqlaşdırılıb. Y.Blatterin etirazından  sonra onu cəzası 6 ilə endirilib.

 Cia.az