|
"Toplasan, həyatımda heç 5 nəfər də olmaz"

Alkoqol asılılığı üzündən 2013-cü ildə ayağını itirən tanınmış aktyor Yalçın Menteş keçirdiyi çətin həyatından danışıb. 
“Söylemezsem olmaz” verilişinə qonaq olan aktyor içkinin onun ailəsini dağıtdığını və həyatını məhv etdiyini bildirib: 
“Bu hala düşmüşəm, amma heç kim məni “niyə içirdin” deyib ittiham edə bilməz. İçki içərkən ətrafımda 500, xəstələnəndə isə 200 nəfər var idi. İndi isə həyatımda toplasan, heç 5 nəfər də olmaz. Mənə boşandığım həyat yoldaşım baxır. 56 yaşım var, təxminən 5 ildir ekranlardan uzaq düşmüşəm. Bu səbəbdən də maddi problemim var”.

Cia.az