Tünd rəng geyimlər geyinə bilmirsiniz? Səbəb isə sizi utandıran kəpək problemidir.
Fərqli kəpək şampunları istifadə etsəniz belə, heç bir nəticəsi olmayıb. Bu problemi həll etmək üçün Aile.lent.az-ın təqdim etdiyi bu maskadan yararlanın.
1 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı kətan toxumu yağı, 1 çay qaşığı dəniz duzu və 1 çay qaşığı sirkəni yaxşı qarışdırın. Həftədə bir dəfə bu qarışımla saç diblərini masaj edin. Streç sellofanla sarıyın. 2 saat belə saxlayın. Daha sonra kükürd, ya sink tərkibli şampunla saçlarınızı yuyun.
Cia.az
