|
Beldəki yağları əritmək üçün bunları edin

Yaz gələndə geyimlərinizdən daşan bel yağları əhvalınızı korlamasın. Aile.lent.az-ın bu tövsiyələrinə əməl etsəniz, qısa müddətdə təsirini görəcəksiniz.

Köp və şişkinlik yaradan qidalardan uzaq durun.

İşlənmiş taxıllar, marqarinlər, bitki yağları, lobya və düyüdən qaçın.

Göbək və bel yağı üçün plank hərəkəti:

Yerə uzanın, qollarınızı dirsəklərinizə qədər yerə dayayıb ayaq barmaqlarınızın üzərində dayanın. Bədəninizi çiyinlərinizdən topuqlarınıza qədər düz bir cizgidə saxlamağa diqqət edin.

Təbii qidalanmağa çalışın. Bütün meyvə-tərəvəzləri orqanik dükanlardan ala bilməsəniz belə, ən az dərman istifadə edilən, güvəndiyiniz bir yerlərdən alın.

İnək südü həzmsizlik, şişkinlik və qəbzlik yarada bilər. Bunun yerinə hind qozu südü için.

Bol-bol su için. Yetərincə su içmək bədənin ehtiyac duyduğu balansı tənzimləyərək bel ətrafındakı yağların əriməsini sürətləndirir.

Toksin içməyi tərgidin. Hazır içkilərin bir çoxu yüksək miqdarda şəkər, süni dadlandırıcı, ya da qlükoza tərkiblidir. Bütün bunlar bel ətrafında yağlanmaya səbəb olur.

Stressi həyatınızdan uzaq tutun.

Bel ətrafında yaranan yağın ən mühüm səbəblərindən biri stressdir. Yoqa edin, psixoloq yanına gedin, ya da ətrafınızdakılara “yox” deməyi öyrənin, tənqidlərə qulaq asmamağı öyrənin. Həyat keyfiyyətiniz artarkən, bel bölgənizdəki yağlar da azalacaq.

Cia.az