Ankarada 37 nəfərin həlak olması ilə nəticələnən terror aktının müəllifinin siyasi fəaliyyətinin olduğu məlum olub.
Qadın terrorçu Səhər Çağla Dəmirin Balıkəsir vilayətində şagird olduğu dövrdə HDP-nin bundan əvvəlki təşkilatlanması olan Barış və Demokratiya Partiyasının (BDP) Balıkesir təşkilatının üzvü olduğu məlum olub.
3 noyabr 2013-cü ildə təşkilatın idarə heyətinin üzvü və həmsədri seçilən qadın terrorçu 30 noyabr 2013-cü il tarixində isə PKK-nın Suriyada qolu olan YPG sıralarına qoşulub.
Digər terrorçu Özgür Ünsalın isə narkotik aludəçisi olduğu və 2009-cu ildə təşkil olunan Trabzonspor-Sivasspor matçında stadiona daxil olaraq qarışıqlıq salmağa çalışdığı müəyyən olunub.
Cia.az
