Ağcabədi rayonunda ağır yol qəzası baş verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Boyad kəndində qeydə alınıb. Rayonun Şotlanlı kənd sakini İlqar Dadaşovun idarə etdiyi “VAZ-21011” markalı və Hindarx qəsəbə sakini Niyaməddin Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. İdarə etməni itirən İ.Dadaşov avtomobili yolun kənarındakı ağaça çırpıb.
Nəticədə İ.Dadşovun sərnişinlərindən həmkəndlisi, 1987-ci il təvəllüdlü Şaban Mehdiyev və Şuşa rayon sakini, 1986-cı il təvəllüdlü Vüsal Atakişiyev hadisə yerində ölüb. Sürücü özü və digər sərnişinləri - qardaşı İbadət Dadaşov, həmkəndlisi Elçin Talıbov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Cia.az
Cia.az
