|
Bakıda 86 yaşlı kişi boğazını kəsərək intihar etdi

Paytaxtda intihar hadisəsi baş verib.

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Biləcəri qəsəbə sakini, 1930-cu il təvəllüdlü Əliş Bəhramov yaşadığı evdə boğazını kəsərək intihar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Cia.az