|
"Roma"nın kapitanı Françesko Totti karyerasını Amerikada davam etdirə bilər. Bu barədə paytaxt klubunun prezidenti Ceyms Pallotta məlumat verib. "Tottinin hazırkı durumu qəlizdir. İstərdim ki, o komandada qalaraq idarə heyətinin üzvü olsun. Ancaq Totti futbol oynamaq istəyir. O, "Mayami"də və "Nyu-York Siti"də oynamağı arzulayır". Qeyd edək ki, 1992-ci ildən "Roma"nın şərəfini qoruyan 39 yaşlı futbolçunun mövsümün sonunda karyerasını başa vuracağı da istisna olunmur. Cia.az
|
