|
Şimali İrlandiya millisində 4 illik müqavilə

Şimali İrlandiya millisinin baş məşqçisi Maykl О’Nillə müqavilənin müddəti uzadılıb.

46 yaşlı mütəxəssis yığma ilə 4 illik müqavilə imzalayıb.

2011-ci ildən Şimali İrlandiya millisini çalışdıran Maykl O'Nillin komandası "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, C qrupunda qərarlaşan Şimali İrlandiya millisi Almaniya, Ukrayna və Polşa yığmaları ilə mübarizə aparacaq.

Cia.az