|
Pis xatirələri silmək olacaq
Amerikanın Stanford Universitetindəki araşdırmaçılar siçanların yuxu zamanı yaddaşlarını, bəzi xatirələrini silməyə müvəffəq olan bir dərman hazırlayıblar. 
Dərman yüz faizlik uğur göstəricisinə nail olarsa, onu insanlar üzərində də təcrübədən keçirəcəklər. Stress və gərginlik müalicəsini olduqca asanlaşdıran dərman sayəsində insanların keçmişdə yaşadığı travmalara aid xatirələri daim xatırlamalarının qarşısı alınacaq. Ənənəvi müalicələr insanları acı və qorxu dolu xatirələrdən uzaqlaşdırmağı bacarsa da, onların geri gəlməyəcəyinə heç kim təminat vermir. Dərmanın təcrübədən keçirilməsi zamanı öncə siçanların beynində ciddi qorxu yaradıblar. Daha sonra travma yaşayan siçanları yatan zaman keçmiş vəziyyətlərinə qaytarıblar. 
Alimlər təcrübə zamanı istifadə olunan dərmanların insanlar üçün təhlükəli olduğunu və onun üzərində işləyəndən sonra insanlara tətbiq olunacağını deyib.
Cia.az