|
Bakı Dövlət Sirkində "Gepardlar adası" olacaq

Bakı Dövlət Sirkində "Gepardlar adası" adlı sirk proqramının tanıtımı keçiriləcək.
Sirk proqramının ilk nümayişi jurnalistlər üçün keçiriləcək. Martın 17-də saat 13:00-də keçiriləcək tanıtım şousunda proqram haqqında məlumat veriləcək, nömrələrdən, o cümlədən gepardlar attraksionunun çıxışından fraqmentlər təqdim olunacaq, jurnalistlərin sualları cavablandırılacaq. 
"Gepardlar adası" dünyanın yeganə bəbirlər attraksionuna tamaşa etmək istəyənlər martın 18-dən Bakı Dövlət Sirkinə gələ bilər.

Cia.az