|
Ədalət Həsənova yeni vəzifə verildi

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru vəzifəsinə Ədalət Həsənov təyin olunub.

Cia.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu təyinata qədər Ə.Həsənov Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən həftə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Şakir Musayev tutduğu vəzifədən azad edilmişdi.

Cia.az