|
Kişilərin kompüter oyunlarına meyl etməsinin səbəbi...
ABŞ-ın Stenford Universitetinin alimləri funksional maqnit rezonans tomoqrafiyasının köməkliyi ilə kişilərin kompüter oyunlarına maraq göstərmələrinin səbəbini ayırd etmək qərarına gəliblər.
Onlar bu nəticəyə gəliblər ki, kişilər qadınlara nisbətən kompüter oyunlarına 2-3 dəfə daha artiq aludə olurlar. Oyun zamanı qadınlardan fərqli olaraq kişilər daha çox ərazi qazanmağa müvəffəq olublar. Belə ki, kişilər hansı kürəciklərin ilk növbədə vurulacağını müəyyənləşdirərək onları zərərsizləşdiriblər. Məlum olub ki, oyun zamanı hər iki cinsdən olan oyunçuların beyinlərində həzzalma refleksinə cavab verən mezokortikolimbik sahə aktivləşməyə başlayıb. Lakin qadınlardan fərqli olaraq kişilərdə bu sahə daha aktiv olub.
Alimlərin fikrincə, ərazi zəbt etməklə kişilər daha çox həzz alırlar. Alanın sözlərinə görə, tarixi faktlar da bu nəzəriyyənin həqiqiliyini sübut edir. Məhz bu xüsusiyyətə görə kişilər ərazi zəbt etmək imkanı verən oyunlara daha bağlı olurlar. Bundan əlavə, kişilər oyunun daha çox davam etməsində də maraqlı olurlar. Bu səbəbdən də kişilər aqressiya və işğalçılıq motivləri olan oyunlara daha çox maraq göstərirlər.
Cia.az