|
Nə qədər ipoteka krediti verilib?
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 993 ipoteka krediti verib.
Axar.az AİF-ə istinadən xəbər verir ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 730 milyon 608 min 420 manatdan çoxdur.
AİF ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin martından başlayıb.
Cia.az