17 qram ağırlığındakı altı ədəd kiçik robot qarışqa 1800 kilo ağırlığındakı bir maşını çəkə bilər.
Stenford Universiteti araşdırmaçıları tərəfindən yaradılan MicroTug robotlar 6 insanın çəkmə gücünə sahibdir. Hətta bunun videosunu da çəkiblər. Biometriya mütəxəssisləri və Dexterous Manipulyasiya laboratoriyaları tərəfindən hazırlanan videoda bir ədəd mikrodaşıyıcı robotun öz ağırlığından 2000 dəfə artığını çəkə bildiyi üzə çıxıb.
Laboratoriyanın işçilərindən olan Devid Kristens bildirib ki, bu robotların hazırlanması prosesində özündən böyük əşyaları daşıyan qarışqalardan ilham alıblar. May ayında Stokholmda keçiriləcək konfransda isə onların daha inkişaf etmiş modelləri nümayiş etdiriləcək.
Cia.az
Cia.az
