“Duman” qrupunun solisti Kaan Tangöze ilə eşq yaşayan müğənni-aktrisa Kıvılcım Ural haqqında yayılan “ev yıxan qadın” sözlərinə qarşı səssizliyini pozub.
Kaanla öpüşərkən çəkilmiş fotoları mətbuatda yayıldıqdan sonra maqazin gündəminə çevrilən Kıvılcım sevgilisinin ailəsinin ona görə dağılmadığını bildirib:
“Fərqinə varmadan, nəsə bir söz deyib, kiminsə qəlbinə dəymək istəmirəm. Hamı xoşbəxt olsun. Bircə bunu deyə bilərəm ki, mən heç kimin ailəsini dağıtmamışam. Əsla bir qadını bilə-bilə incitmərəm. Başqasının adamı mənim üçün ölüdür. Burada başqa nüanslar var. Onları açıqlamaq mənə düşməz. Kaan ilə heç bir yerə açıqlama verməmişik. Biz susduqca haqqımızda yanlış məlumatlar yazıldı. 6 ildir, birlikdə olduğumuzu deyirlər, amma bu, belə deyil”.
Xatırladaq ki, Kaan Tangözenin Kıvılcım Uralla öpüşərkən fotoları yayıldıqdan sonra 6 illik həyat yoldaşı Seçkin Piriler ondan boşanıb. Cütlüyün bir oğlu var.
Cia.az
