Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov virtualaz.org saytına açıqlamasında Bərdə rayonunda baş vermiş qətl hadisəsini törədən 1986-cı il təvəllüdlü Tural Allahverdiyevin mərhum müğənni Vidadi Bərdəlinin oğlu olmadığını deyib.
E.Zahidov bildirib ki, hadisə zamanı Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Məkan Rüstəmov qətlə yetirilib: "Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış-əməliyyat tədbirləri nəticəsində Tural Allahverdiyev həbs olunub. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Cia.az
