Ölkəyə turizm cəlb edilməsi üçün hotel və restoranlarda xidmətin səviyyəsinin yaxşılaşdırılması vacibdir. Buna görə də, gənclərə turizm obyektlərində xidmətin təşkili öyrədilir.
Bu barədə virtualaz.org saytına İqtisadiyyat Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, nazirliyin Bakı Biznes Tədris Mərkəzi və Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə gənclər üçün treninqlər keçirilir.
Tədbirin keçirilməsində məqsəd sahibkarlıq fəaliyyətinin təşviqi, gənclərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, gənclərə peşə seçimində dəstəyin göstərilməsidir.
Gənclərə otel və restoranlarda qonaqların qarşılanması və xidmətlərin göstərilməsi qaydaları, müştəri məmunluğunun əldə edilməsi öyrədilir.
Cia.az
