|
Bakı şəhər İcra Hakimiyyətinin dəvəsi doğub

Bu gün Bakıda “İlaxır çərşənbə” üçün hazırlanan rəsmi tədbirdə maraqlı hadisə baş verib.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram mərasimi üçün “Atəşgah”a gətirilən 5 dəvədən biri elə yolda doğub.

Tədbir təşkilatçıları məcbur olub 5 dəvə ilə deyil, 4 dəvə ilə yola davam ediblər. Köşəyə anası ilə birlikdə qalması üçün rahat şərait yaradılıb.