|
Moskvada azərbaycanlı yazıçının kitabının təqdimatı keçirilib

Rusiya paytaxtının məşhur “Moskva” kitab evində azərbaycanlı yazıçısı Elçin Səfərlinin “Mən evə istəyirəm” (“Я хочу домой”) kitabının audio variantının təqdimatı keçirilib.

Yazıçı oxucularına əsərlərində toxunduğu mövzular, yaradıcılıq planları barədə məlumat verib. Təqdim olunan kitab barədə danışan E.Səfərli qeyd edib ki, “Mən evə istəyirəm” romanı oxucuda yay əhval-ruhiyyəsi yaradır: “Siz bu romanı payızda belə oxusanız, yay əhval-ruhiyyəsi duyacaqsınız. Əsərin qəhrəmanları – kişi və qadın müxtəlif ölkələrdə yaşasalar da əmindirlər ki, tale onları nə vaxtsa hər ikisi üçün əziz olan Aral dənizi sahillərində qovuşduracaq”.

Oxucuların fikrincə, Azərbaycan yazıçısının bu əsəri mürəkkəb vəziyyətlərdən çıxış yolu göstərməsə də, ruhdan düşməməyə, hər zaman irəli getməyə çağırır.

Sonda Elçin Səfərli oxucuların suallarını cavablandırıb.

Cia.az