|
Los-Anceles sakini Rusiyada 150 il həbs cəzasına məhkum edilib
Los-Anceles sakini Yusef Abramov Rusiyada həddi-buluğa çatmamış qızları zorladığına görə 150 il həbs cəzasına məhkum edilib. 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında bildirilir. Məlumata görə, Rusiya və ABŞ vətəndaşlığı olan 58 yaşlı Abramov 2009-2011-ci illərdə Rusiya ərazisində azyaşlı qızları zorlamaqda təqsirli bilinib.   
Rusiya İstintaq Komitəsi, ABŞ Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşlığı nəticəsində cinayətkarı məsuliyyətə cəlb etmək mümkün olub.
Cia.az