|
Bakıda məktəbli məktəblini bıçaqlayıb
Bakının Sabunçu rayonunda məktəbli məktəbliyə bıçaqla xəsarət yetirib. APA-nın məlumatına görə, 11-ci sinif şagirdi Ziliyev Sarvan Əlqan oğlu Ramana qəsəbəsində bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.
 
Hadisə barədə Sabunçu Rayon Polis İdarısinin 12-ci Polis Bölməsinə məlumat verilib. Yaralının qohumları Sarvanın qonşusu tərəfindən bıçaqlandığını bildiriblər. Məlumata görə, hadisəni törədən də məktəblidir.
 
Hazırda onun  tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 
Faktla əlaqədar araşdırma aparılır. 
Cia.az