|
İtin toyuna 5 min qonaq qatıldı
Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında iki it üçün səs-küylü bir toy mərasimi keçirilib. 
 Lenta.ru saytının xəbərinə görə, tədbirə 5 min nəfər qonaq qatılıb. Toyun daha şən keçməsi üçün di-cey də çağırılıb. Bundan başqa, it toyunda qədim hind ənənə və rituallarına əməl olunub və insanların nikah mərasimini xatırladıb. Mərasimdən sonra heyvanları güllərlə bəzədilmiş maşına mindirib aparıblar.
Cia.az